Endokrinoloq: Qadınlar kişilərdən yarım saat çox yatmalıdırlar
05.02.2024 13:04

Endokrinoloq Zuxra Pavlova qadın və kişilər arasında yuxu ehtiyacının fərqindən danışıb.


Aztibb.az “Medzdrav.İnfo”ya istinadən xəbər verir ki, həkimin bildirdiyinə görə, zərif cinsin nümayəndələri daha çox yatmalıdır.


Həkimin fikrincə, qadın kişidən 15-30 dəqiqə çox yatmalıdır. Bu fərq qadın beyninin işi ilə bağlıdır. O, kişidən daha intensiv işləyir.


Araşdırmaya görə, qadın beyni gün ərzində bir çox problemi həll edir: gündəlik problemlər, uşaq tərbiyəsi, iş problemləri və kişi ilə münasibətlər. İşinin çox olması səbəbindən istirahət etmək üçün daha çox vaxt lazımdır.


Bundan əlavə, progesteron hormonu qadınlara təsir göstərir. Aylıq dövrünün son günlərində onun səviyyəsi yüksəlir, bu da həddindən artıq yorğunluğa və yuxuya getmək istəyinə səbəb olur.


Ekspert həmçinin qeyd edib ki, yatmazdan əvvəl bir stəkan şərab içmək gün ərzində alınan məlumatların işlənməsi üçün cavabdeh olan yuxunun kritik dövrünün müddətinin azalmasına gətirib çıxarır. Buna görə də, gecə spirtli içkilər yuxuya kömək etmir. Əksinə, keyfiyyəti aşağı düşür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev