Nature Microbiology: Qırmızı əti təhlükəsiz etmək üçün alim yeni üsul tapıb
03.02.2024 15:54

Con Millerin rəhbərlik etdiyi Kaliforniya Universitetinin bir qrup alimi ətin N-qlikolilneuramin turşusundan (Neu5Gc) təmizlənməsi üçün perspektivli üsul təklif edib.


Aztibb.az “Nature Microbiology” jurnalına istinadən yazır ki, qırmızı ət, donuz və quzu ətində olan bu birləşmə insan orqanizmində şəkərlə birləşərək müxtəlif xəstəliklərə, hətta vaxtından əvvəl ölüm riskini artıran iltihabi proseslərə səbəb olduğu üçün insan sağlamlığına təhlükədir.


Maraqlıdır ki, Neu5Gc məməlilərdə çox yayılmış birləşmədir, insan orqanizmi isə müvafiq genin olmaması səbəbindən onu sintez edə bilmir. Bu, Neu5Gc-nin nə üçün ətdə çox, lakin süd məhsullarında daha az miqdarda olduğunu, nə üçün quş ətində olmadığını və balıqda az miqdarda tapıldığını izah edib.


Alimlər laboratoriya siçanları üzərində apardıqları araşdırmada qırmızı ət istehlak edən siçanlarda Neu5Gc-ni ətdən ayırıb onu udmaq qabiliyyətinə malik olan sialidaza fermentini sintez edən Bacteroidetes tipli bakteriyaların aktivləşdiyini aşkar ediblər. Bu kəşf Neu5Gc-nin ətdən çıxarılması üsullarının işlənib hazırlanması perspektivini açır və onu istehlak üçün daha təhlükəsiz edir.


Tədqiqat müəllifləri əmin olduqlarını bildiriblər ki, onların nəticələri Neu5Gc tərkibinin azaldılmasına və nəticədə onun insanlar üçün təhlükəsizliyinin artırılmasına yönəlmiş yeni ət emalı metodlarının inkişafına səbəb ola bilər.


Tədqiqatın təfərrüatları jurnalında dərc olunub və bu kəşf ət məhsullarının təhlükəsiz istehlakı üçün böyük perspektivlər açır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev