Musiqi ilə məşğul olmaq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək edir
03.02.2024 12:25

İngiltərədə aparılan bir araşdırma göstərib ki, musiqi ilə məşğul olmaq yaddaşı kəskin saxlayaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək edir.

Aztibb.az xəbər verir ki, "International Journal of Geriatric Psychiatry"də dərc olunan araşdırmaya görə, Exeter Universitetinin alimləri musiqi ilə məşğul olan və musiqi ilə məşğul olmayan insanların beyinlərinin necə yaşlandığını araşdırıblar.

Araşdırmada 40-68 yaş arası 1100-dən çox insan üzərində alət çalmağın, mahnı oxumağın, not oxumağın, musiqi dinləmənin və musiqi istedadının insan beyninə təsiri öyrənilib.

Tədqiqatçılar həyatlarında musiqi ilə məşğul olan və heç vaxt musiqi ilə maraqlanmayan insanların idrak məlumatlarını müqayisə ediblər.

Nəticələr göstərib ki, piano və ya orqan çalan insanlar sağlamlıq baxımından daha çox faydalanırlar, lakin sadəcə musiqi dinləmək idrak sağlamlığına eyni təsir göstərmir.

Araşdırma, musiqi ilə məşğul olmağın yaddaşı güclü tutaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək etdiyini və müntəzəm olaraq not oxuyan insanların daha yaxşı rəqəmsal yaddaşa sahib olduğunu ortaya qoyub.

Tədqiqatın aparıcı müəllifi professor Anne Korbet BBC-yə verdiyi açıqlamada bu araşdırma üçün çox həssas testlər tətbiq etdiklərini, insanların müxtəlif beyin funksiyalarının araşdırıldığını və musiqinin buna təsirinin də öyrənildiyini bildirib.

Xüsusilə alətlərdə çalmağın beyinə böyük təsirləri olduğunu vurğulayan professor, qeyd edib ki, araşdırma insanların demans riskinin necə aktiv şəkildə azala biləcəyini və musiqinin bunu azaltmada rol oynadığını göstərir.

İngiltərədəki "Dementia UK" adlı təşkilat da araşdırmanın nəticələrinin demans xəstələrinə müsbət təsir göstərdiyini və bu xəstələrin musiqidən ünsiyyət vasitəsi kimi istifadə etdiyini bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev