Microbiology Spectrum: Dəyişdirilmiş viruslar təhlükəli bakteriyaları məhv edə bilər
02.02.2024 11:20

Şimal-Qərb Universitetinin alimləri təhlükəli patogeni aradan qaldırmaq üçün dəyişdirilmiş viruslardan istifadə ediblər.

Aztibb.az xəbər verir ki, müvafiq hesabat “Microbiology Spectrum” jurnalında dərc olunub. Bildirilir ki, bioloqlar bir neçə bakteriofaqların - bakteriyaların içərisində çoxalda bilən virusların DNT-sini dəyişdirə biliblər.

Bu DNT antibiotiklərə davamlılığı ilə seçilən Pseudomonas aeruginosa mikrobunun hüceyrələrinə yerləşdirilib. Bakteriofaqı tanıtmaq üçün elektroporasiya üsulundan istifadə edilib - qısa yüksək gərginlikli elektrik impulsları vasitəsilə bakteriyanın xarici divarında müvəqqəti deşiklər yaradılıb.

Məlum olub ki, təqdim edilən virus bakteriyanın qoruyucu mexanizmlərindən yan keçməyi bacarıb və onu içəridən məhv etməyə başlayıb. Adətən bakteriya dərhal DNT-ni yad cisim kimi tanıyaraq onu aradan qaldırırdı, lakin bu dəfə elm adamları fərqli bir üsul tapıblar. Alınan nəticə bakteriofaqlara əsaslanan klinik terapiyanın inkişafında istifadə edilə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev