Alimlər müəyyən ediblər ki, keçilər insan səsində sevinc və qəzəbi ayırd edirlər
01.02.2024 13:33

İnsanların nitqinin emosional valentliyini bu heyvanlar başa düşürlər

Çinin Honq-Konq Şəhər Universitetinin alimləri müəyyən ediblər ki, keçilər növlərimiz arasında minilliklər ərzində qarşılıqlı əlaqədə insan səs siqnallarına qarşı həssaslıq inkişaf etdiriblər.

Aztibb.az xəbər verir ki, araşdırma “Animal Behavior” elmi jurnalında dərc olunub.

Əvvəlki tədiqatlar nəticəsində mütəxəssislər keçilərin üz ifadələrindən insanın duyğularını oxuya bildiyini aşkar ediblər. İtlər və atlar da oxşar qabiliyyətə malikdirlər. Bundan əlavə, keçilərin özləri gen vasitəsilə öz şəxsiyyətləri və təcrübələri haqqında məlumat ötürə bilirlər.

Professor Alan McElliqotun rəhbərlik etdiyi yeni təcrübədə keçilərə emosional valentliyi olan bir sıra səs yazıları dinlədilib. Bu səslər xoşbəxt və ya qəzəbli emosional tonlarda olub.

Nəticələr göstərib ki, keçilərin 75%-i sevincdən qəzəbliyə və ya əksinə ton dəyişikliklərinə reaksiya verib. Bu baş verdikdə, heyvanlar səsin mənbəyinə daha çox baxıblar və bununla da diqqətlərini nümayiş etdiriblər.

Alimlər onların 25%-nin dəyişən siqnallara reaksiya verməməsinin səbəbini dəqiq müəyyənləşdirə bilmədiklərini qeyd ediblər. Müşahidələr də göstərib ki, insanın səsinin necə səslənməsindən asılı olmayaraq, heyvanlar sakit qalırlar. Bu, ürək döyüntüsü və digər fizioloji proseslərin ölçülməsi ilə göstərilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev