Sağlam və gənc beyin üçün bunlar ən yaxşı yemək vərdişləridir
04.02.2024 15:31

Diyetoloq Uma Naidu bizə hansı yemək vərdişlərinin gəncliyi və beyin sağlamlığını qorumağa kömək edəcəyini söyləyib.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bunda düzgün qidalanma mühüm rol oynayır:

“Yeddiyimiz qida həzm olunduqca bağırsaq mikrobiomunda trilyonlarla mikroblarla qarşılıqlı əlaqədə olur və müxtəlif maddələrə parçalanır ki, bu da zaman keçdikcə psixi rifahımıza təsir edir”.

Bəzi komponentlər yoxdursa, beyin də daxil olmaqla daxili orqanlar əziyyət çəkəcək.

Ekspert qeyd edib ki, diyetə daha çox lif və polifenol daxil etməklə vitamin və mineral çatışmazlığının qarşısını almaq olar.

Lif tərəvəz, meyvə və paxlalı bitkilərdə, polifenollar isə yerkökü, zeytun, qaragilə və çiyələkdə olur. Fermentasiya olunmuş qidalar da beyin gəncliyini təşviq edir, çünki onları yemək iltihabı azalda bilər.

Mütəxəssis əlavə edib ki, müxtəlif otlar və ədviyyatlar həm də antioksidan xüsusiyyətlərinə görə beyin sağlamlığını qorumağa kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev