Piylənmə gənclərdə xərçəngə səbəb ola bilər
31.01.2024 09:16

Milan Universitetinin epidemiologiya üzrə italyan professoru Carlo La Vecşia bildirib ki, gənclər arasında yeni bağırsaq xərçəngi hallarının sayının artmasının əsas səbəbləri arasında spirt istehlakının artması və artıq çəki, eləcə də fiziki fəaliyyətin olmaması daxildir.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, 2024-cü ildə 25-49 yaş arası insanlar arasında xərçəngin bu növündən ölüm hallarının artacağı gözlənilir. Professor piylənmə ilə bağırsaq xərçənginin inkişafı və buna bağlı olan xəstəliklər, məsələn, yüksək insulin müqaviməti, prediabet və şəkərli diabet arasında əlaqəni qeyd edir.

"Əlavə səbəblər Avropa və Böyük Britaniyada alkoqol istehlakının tədricən artması, həmçinin fiziki fəaliyyət səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasıdır", – deyə həkim qeyd edib.

Bildirilib ki, spirt istehlakının azaldığı ölkələrdə, məsələn, İtaliya və Fransada bağırsaq xərçəngindən ölənlərin sayının artacağı gözlənilmir. Eyni zamanda vurğulanıb ki, gənclərdə bağırsaq xərçəngi əksər hallarda yaşlı xəstələrə nisbətən daha sürətli inkişaf edir və daha aqressiv formada baş verir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev