The Conversation: Göbələklər son 10 ildə iki dəfə çox insan ölümünə səbəb olub
31.01.2024 08:12

Viral və bakterial infeksiyalara qarşı mübarizə fonunda göbələk patologiyasına diqqət bir qədər zəifləyib. Onların təhlükəsi haqqında insanların bilməsi vacibdir.

Aztibb.az xəbər verir ki, “The Conversation” nəşrinin yazdığına görə, son 10 ildə əvvəlki illərlə müqayisədə iki dəfə çox insan göbələk infeksiyalarından dünyasını dəyişib.

ÜST-ün məlumatına görə, göbələklər hər il təxminən 3,8 milyon insanı öldürürlər ki, bu da dünyadakı bütün ölümlərin təxminən 6,8%-ni təşkil edir.

Mançester Universitetinin mütəxəssisləri bunu infeksiyaların diaqnozunun çətinliyi ilə izah edirlər. Son illər bu istiqamətdə xeyli işlər görülsə də, problem aktuallığını qoruyur. Problemin başqa tərəfi də var. Müalicə üçün təsirli dərmanların olmaması.

Göbələk astma, vərəm, xərçəng xəstələri, həmçinin orqan transplantasiyasından sonra insanlar üçün ən təhlükəlidir. Reanimasiyada olan xəstələr də risk altındadır. Məsələn, Candida infeksiyası sepsisə səbəb ola bilər.

Şəkərli diabet, böyrək çatışmazlığı, astma diaqnozu qoyulmuş, eləcə də ciddi xəsarət almış insanların orqanizmində göbələk daha asan inkişaf edir.

Xəstə insanların toxunulmazlığı uzun müddət zəiflədiyi üçün koronavirus pandemiyası fonunda yoluxmaların əhəmiyyətli dərəcədə artması baş verib.

Hazırda göbələk infeksiyalarına qarşı peyvənd yoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev