Rusiya, Gürcüstan və Ermənistanda COVID-19-a yoluxma statistikası
31.10.2020 12:13

Rusiyada son sutka ərzində daha 18 140 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 

Aztibb.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 618 116 nəfərə çatıb.

 

Son sutka ərzində 334 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 27 990 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

 

Gürcüstanda son sutka ərzində 1673 yoluxma halı qeydə alınıb. Bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 38 936  nəfərə çatıb.

 

Virusa yoluxanlardan  22 691 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda koronavirusa yoluxanların sayı 89 813 nəfərə çatıb. Son sutka ərzində 2 381 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

 

Bundan başqa, daha 41 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 1 341 nəfər koronavirusdan ölüb, 32 788 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər