Koronavirusla əlaqədar son durum - ABŞ, Braziliya və İtaliyada
31.10.2020 12:12

ABŞ-da yeni növ koronavirusa (COVID-19) 9 007 298 nəfər yoluxub. Aztibb.az xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

 

Koronavirusa yoluxanlardan 229 293 nəfər vəfat edib, 3 554 336 nəfər isə sağalıb.

 

Bildirilir ki, ən çox yoluxma halları Kaliforniya (925 509), Texas (919 661), Florida (799 738) və Nyu-York (503 176) ştatlarında qeydə alınıb.

 

 

Braziliyada ötən sutka ərzində koronavirus infeksiyasına 22 282 nəfər yoluxub. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 516 658 nəfərə çatıb.

 
Qeyd olunur ki, ötən sutka ərzində koronavirusdan 508 nəfər ölüb, ölənlərin ümumi sayı 159 477 nəfər təşkil edir.

 

İtaliyada ötən sutka ərzində COVID-19-a 31 084 nəfər yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 647 674 nəfərə çatıb. Son sutka ərzində koronavirusla əlaqədar rekord sayda - 215 mindən artıq test aparılıb.

 

Məlumata əsasən, İtaliyada hazırkı dövrədək koronavirusa yoluxanlardan 283 567 nəfər sağalıb, 38 321 nəfər isə vəfat edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər