Evdə serum tətbiqi həyati təhlükə yarada bilər
29.01.2024 14:50

Xüsusilə qış aylarında ictimai yerlərdə olmaq məcburiyyətində qalan insanlar yoluxucu xəstəliklər riski ilə üzləşirlər.

Aztibb.az “Habertürk”ə istinadən xəbər verir ki, xəstəlik riskinə qarşı toxunulmazlığın gücləndirilməsində daha sürətli və təsirli nəticə əldə etmək üçün vitamin əlavələrinin ağızdan və ya damar yolu ilə alınmasının əhəmiyyətinə diqqət çəkən Dr. Erdal Dilekçi bu tətbiqlərlə bağlı bəzi məlumatları verib:

“Mütəxəssis həkim nəzarətində düzgün planlama ilə edilən C vitamini, ozon terapiyası və alfa lipoik turşu kimi əlavələr bədənin müdafiə mexanizmlərini gücləndirir. Dayaq-hərəkət sisteminə güclü təsir göstərən ozon terapiyası, antioksidant mənbəyi olduğu üçün soyuqdəymə və qrip kimi xəstəliklərlə mübarizədə təsirli olduğu bilinir. Sağlam damarlara və hüceyrə yenilənməsinə qatqı təmin edən, mütəxəssis həkim nəzarəti altında, fərdi planlarla, düzgün doza tənzimləmələrinə diqqət edilərək tətbiq edildikdə, mövsümün zərərli təsirlərindən qorunmağa kömək edə bilər. Diqqət yetirilməsi lazım olan ən mühüm məqam odur ki, bu əlavələr şüursuz, mütəxəssis həkim nəzarəti olmadan və ya insanın ümumi sağlamlıq vəziyyətindən xəbərsiz qəbul edilməməlidir”.

Nəzarətsiz qəbul edilməsi allergik reaksiyalara səbəb ola bilər

Bu məsələyə “əvvəllər dəfələrlə etmişəm, heç nə olmayacaq” düşüncəsi ilə yanaşmaq olmaz: “Bir insanın evdə və ya hər hansı xəstəxanada bu əməliyyatları problemsiz etdirməsi gələcəkdə problem yaşamayacağı anlamına gəlmir. Sözügedən vitamin və zərdabların tərkibindəki aktiv maddələr bir müddət sonra insanın maddələr mübadiləsində lazım olmaya bilər və nəzarətsiz olaraq əlavə qəbul etməyə davam etmək arzuolunmaz allergik reaksiyalara səbəb ola bilər".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev