Ötən 4 il ərzində psixoloqa müraciət edənlərin sayı artıb
29.01.2024 11:42

COVID-19 epidemiyasından başlayaraq yaşanan neqativlər stress səviyyələrini artırıb. Bu vəziyyət 2023-cü ildə xəstəxanalarda psixiatriya və psixologiya şöbələrinə müraciətlərin sayını çoxaldıb.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, mütəxəssislər psixiatriya və psixologiya şöbələrinə müraciətlərin artmasını kollektiv travmaların yaşanması ilə əlaqələndiriblər.

Bir çox ölkələrdə çətinliklər, xəstəliklər, travmalar, itkilər, xüsusilə fəlakətlər, zəlzələlər və terror dərin psixoloji zərbələr vurur.

Ötən müddət ərzində, pandemiya səbəbindən onlayn psixoloq xidmətlərinə maraq artıb. Onlayn terapiya, ilk növbədə vaxta qənaət etmək imkanı verir. Terapiya almaq istəyən müştərilərin özlərini rahat hiss etdikləri mühitlərdə istədikləri vaxt mütəxəssislərlə görüşməyə başlamalarını asanlaşdırır.

Başqa bir səbəb, onlayn müalicələrin anonimlik seçimini təklif etməsidir. Cəmiyyətimizin bir çox yerində hələ də terapiya almaqdan çəkinən, psixoloq kabinetində görünmək istəməyənlər az deyil. Bu onlayn terapiya şəxsiyyət məlumatlarını vermək istəməyən və söhbətlərini video deyil, yalnız audio və yazılı formada aparmaq istəyən müştərilər üçün cəlbedici oldu.

Bundan əlavə, onlayn terapiya fiziki qüsurları olan və ya yaşadıqları yerdə terapiya xidmətləri olmayan şəxslər üçün psixi sağlamlıq xidmətləri almağa imkan yaratdı.

Bazara yeni girmiş onlayn terapiya platformalarının rəqabəti həm xidmət keyfiyyətini artırır, həm də psixoterapiya xidmətlərini maliyyə baxımından daha əlçatan edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev