Həkim cüzam xəstəliyinə yoluxanların 60 faizinin impotent olduğunu açıqlayıb
29.01.2024 12:06

Mövcud məlumatlara görə, cüzamlı xəstələrin 60%-də libido və erektil funksiya ilə bağlı problemlər olur.


Aztibb.az “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, həkim Arfeniya Kərəmovanın sözlərinə görə, bu hadisələr hormonal balanssızlıq və cüzam xəstəliyinə yoluxanlarda testislərin iltihabı ilə əlaqələndirilir. Xaya iltihabı ciddi ola bilər və xəstələrin 51-76%-də xaya kiçilməsi baş verir.


Həkim Arfeniya Kərəmova vurğulayıb ki, cüzamlı xəstələrdə follikul stimullaşdırıcı və lüteinləşdirici hormonların səviyyəsi yüksəlir, qanda testosteron səviyyəsi azalır. Bununla belə, qeyd etmək lazımdır ki, yoluxmuş şəxslərin libidosuna xəstəliyin özü də təsir edə bilər.


Ümumiyyətlə bu xəstəlik bakterial infeksiya olduğuna görə, uzunmüddətli xüsusi antibiotiklərlə müalicə edilir. Cüzam xəstələri profilaktika üçün izolyasiya olunmalı, diaqnoz dəqiqləşdirilənə qədər müalicə davam etməlidir. Cüzam xəstələrinin sayının çoxluğu həmin ölkədə qida məhsullarının keyfiyyətinin və yaşayış səviyyəsinin aşağı olmasının göstəricisidir. Ata və ana cüzamlı olsalar da, ana bətnindəki uşaq sağlam olur. Çünki xəstəlik qan vasitəsilə anadan dölə keçmir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev