Yer üzündəki ilk yırtıcı - İngilis alimin tədqiqatları
28.01.2024 12:48

İngilis alimi Çarlz Tomsonun son tədqiqatları təkamül prosesində yaranan ilk çoxhüceyrəli heyvanın necə qidalandığını söyləməyə imkan verir.


Aztibb.az “The Lancet” jurnalında dərc edilən məlumata istinadən yazır ki, təqdim olunan fərziyyəyə görə, bu qədim məxluq o uzaq dövrlərdə planetimizdə məskunlaşmış birhüceyrəli orqanizmlərlə qidalanırdı. Beləliklə, bu heyvanın müəyyən dərəcədə yırtıcı olduğunu söyləyə bilərik.


Yer üzündəki həyatın ən erkən formaları əsas qida maddələrini ətraf mühitdən birbaşa çıxarırdı, halbuki bu gün vəhşi təbiətdə çoxlu sayda pəhriz mövcuddur. Ç.Tomson qidalanmaya müxtəlif yanaşmaların necə inkişaf etdiyini öyrənməyə qərar verdi. Alim bu suala cavab vermək üçün təxminən 800 milyon il əvvəl yaşamış bu gün mövcud olan bütün heyvanların ortaq əcdadının qidalanma üsulunu anlamağa çalışıb.


Bunun üçün alim hazırda Yer kürəsində məskunlaşan min növ: insanlar, ördəklər, digər onurğalılar, təxminən 140 növ böcək və digər canlılar haqqında məlumatları müqayisə edib. Bu “seçimin” demək olar ki, üçdə ikisi ətyeyən heyvanlar, üçdə birindən bir qədər az hissəsi ot yeyənlər və yalnız üç faizi hər şeydən yeyənlər idi. Bu təhlil britaniyalı alimə heyvanların yemək vərdişlərindəki dəyişiklikləri izləməyə imkan verən bir növ “ailə ağacı” yaratmağa imkan verib.


Ç.Tomsona görə, ilk çoxhüceyrəli heyvan üçün əsas qida mənbəyi çox güman ki, birhüceyrəli orqanizmlər idi. Ola bilsin ki, bu ilk heyvan ovunu gözləyən və ya onu ovlayan, yerdən yerə hərəkət edən süngərə bənzəyirdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev