Uşaqlıq boynu xərçənginə qalib gələn qadınlar ana ola bilərlər
28.01.2024 12:22

Dünyada uşaqlıq boynu xərçəngi diaqnozu qoyulan 600 min xəstə var.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, türkiyəli professor Veysel Şal uşaqlıq boynu xərçənginin inkişaf etməkdə olan ölkələrdə ən çox görülən ginekoloji xərçəng növü olduğunu bildirib.


Bunun cinsindən asılı olmayaraq dünyada görülən ilk 10 xərçəng arasında olduğunu qeyd edən professor dünyada uşaqlıq boynu xərçəngi diaqnozu qoyulan xəstələrin təxminən yüzdə 50-nin öldüyünü deyib:


“Çünki gec diaqnoz qoyulur. Əslində uşaqlıq boynu xərçəngi qarşısı alına bilən yeganə xərçəngdir. Bu xərçəng HPV-DNT testi ilə çox erkən aşkarlana bilər. Bu səbəbdən qadınlar 21 yaşından sonra müntəzəm olaraq uşaqlıq boynu xərçəngi müayinəsindən keçməlidirlər”.


Uşaqlıq boynu xərçəngi ilkin mərhələdədirsə, xəstə uşaq sahibi ola bilər. Şişin 2 santimetrin altında olması halında həmin xəstənin ana olmaq şansının var.


"Ümumdünya Səhiyyə Təşkilatı 50 yaşına qədər hər bir qadına peyvənd edilməsini qətiliklə tövsiyə edir. Heç bir zərəri yoxdur. Axı, uşaqlıq boynu xərçəngindən qorunmanın bir nömrəli ən təsirli üsulu peyvənd və skrininq testidir”, – mütəxəssis qeyd edib.


Xərçəng xəstələri in vitro gübrələmə (IVF) müalicəsi ilə ana ola bilərlər


Uşaqlıq boynu xərçənginin irəliləmiş hallarında onların prioritetləri qadının həyatını qorumaqdır. Amma qadının həyatını xilas etmək üçün gübrələmə haqqında çox da düşünülmür.


Erkən mərhələdə aşkar edilən uşaqlıq boynu xərçənglərində mayalanmanı qoruyub saxlamaq mümkündür. Uşaqlıq boynu xərçəngi erkən mərhələdə diaqnoz qoyulduqda, icrası lazım olan cərrahi əməliyyatlardan sonra vaxt itirməmək üçün daha çox in vitro mayalanma üsulu tətbiq edilməlidir. Çünki xəstələrin mümkün qədər tez uşaq sahibi olmaları lazımdır. Bu həm də köməkçi reproduktiv üsullar arasında ən təsirli üsuldur. Ekstrakorporal mayalanma ən uğurlu üsul olduğu üçün bu üsula üstünlük verilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev