Alimlər demensiyanın inkişaf riskini azaldan vərdişləri sadalayıblar
26.01.2024 14:55

Ünsiyyət, alkoqoldan imtina və siqaret demensiyanın inkişaf riskini azaldır

Pekindəki Çin PLA Ümumi Xəstəxanasının mütəxəssisləri müəyyən ediblər ki, fiziki məşq, alkoqol və siqaretdən imtina, həmçinin dostlar və qohumlarla müntəzəm ünsiyyət və hobbilər demensiyanın inkişaf riskini azaldır.

 

Aztibb.az xəbər verir ki, “Journal of Affective Disorders” nəşrində bununla bağlı tədqiqatın nəticələri dərc olunub.

Tədqiqatda demensiyası olmayan 2537 könüllü iştirak edib. Alimlər iştirakçıların həyat tərzi, çəki vərdişləri və boyu haqqında ətraflı məlumat toplayıblar. Mütəxəssislər şəkər və xolesterinin səviyyəsini qiymətləndirmək üçün xəstələrdən qan nümunələri də götürüblər. Alimlər iştirakçıları iki il ərzində müşahidə ediblər.

Məlum olub ki, sağlam qidalanan, idman edən və yuxu problemi olmayan iştirakçılarda demans daha az inkişaf edir.

Məqalədə bildirilir ki, alimlər riskləri qiymətləndirərkən bal-reytinq sistemindən istifadə ediblər. Beləliklə, əgər iştirakçılar gündə 10 dəqiqə və ya daha çox məşq edirsə, onlara bir xal verilirdi. Həmçinin hobbi ilə məşğul olan, həftədə ən azı üç dəfə dostları və ailəsi ilə ünsiyyət quran, alkoqol və siqaretdən imtina edən bir xal aləb. Alimlərin bütün tövsiyələrinə əməl olunması iştirakçının altı bal alması demək idi.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, ən azı dörd bal toplayan iştirakçılar, üç və ya daha az bal toplayanlarla müqayisədə tədqiqatın sonunda koqnitiv geriləmə əlamətlərini 29 faiz daha az göstəriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev