Dünyanın müxtəlif ölkələrində koronavirusa yoluxma statistikası
31.10.2020 08:53

İtaliyada son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Ötən günlə müqayisədə yoluxma sayı 4 mindən çox artaraq 31084 nəfərə yüksəlib.

 

Bu günədək ölkə üzrə ümumilikdə 647 674 COVID-19 hadisəsi qeydə alınıb.

 

İranda koronavirusa yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Bu günə olan məlumata görə, İranda 8011 nəfər koronavirusa yoluxub, 365 nəfər isə vəfat edib.

 

Ölkədə virusa yoluxanların ümumi sayı 604 min 952 nəfərə, ölənlərin sayı isə 34 min 478-ə çatıb. Müalicəsi davam edən 5128 xəstənin vəziyyəti ağır olaraq qalır. 

 

Moldovada koronavirusa yoluxanların sayı 75 mini ötüb.

 

Son sutkada Moldovada 968 nəfər koronavirusa yoluxub, bu virusdan ölənlərin sayı 1766 nəfər olub. Pandemiya dövründə 55 min 190 nəfər koronavirusdan müalicə olunaraq evə buraxılıb.

 

Lüksemburqda da COVID-19 epidemiyasının yayılması geniş vüsət alıb.

 

Ökədə 24 saat ərzində 697 yeni yoluxma və 3 ölüm faktı qeydə alınıb. Xəstəxanalarda 154 koronavirus xəstəsinin olduğu bildirilir. Reanimasiya şöbəsində ağır vəziyyətdə olan 22 koronavirus xəstəsi müalicə alır.

 

Sanitar böhran başlayandan Lüksemburqda koronavirusun ümumi 150 qurbanı olub. COVID-19 epidemiyasına yoluxanların ümumi sayı 17 min 773-ə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib