Yaponiya və Almaniya alimləri beyin xərçənginin aqressivliyini müəyyən edə bilən maddə yaradıblar
25.01.2024 08:35

Yaponiya və Almaniya alimləri nadir torpaq metalı olan europium əsasında yeni lüminessent birləşmə hazırlayıblar.

Aztibb.az TASS agentliyinə istinadən xəbər verir ki, biokimyaçıların fikrincə, ondan insan beynindəki şişləri işıqlandırmaq və onların aqressivlik dərəcəsini müəyyən etmək üçün istifadə olunacaq.

Qeyd edilir ki, nadir torpaq metal ionları, o cümlədən iterbium, europium və gadolinium rentgen və ultrabənövşəyi şüalanmanın fotonlarını udur və sonra onları görünən işığa çevirir. Alimlər europiumun bu xüsusiyyətindən istifadə edərək suda asanlıqla həll olunan və xərçəng hüceyrələrinə nüfuz edərək onları işıqlandıran üzvi birləşmə yaradıblar.

Mütəxəssislər bu yeni parlayan birləşmənin şişlərin erkən mərhələlərində aşkar edilməsində faydalı ola biləcəyinə inanırlar. Xərçəngin ən aqressiv forması olan qlioma mədəniyyətləri üzərində aparılan əlavə tədqiqatlar göstərib ki, bu yeni molekulun lüminesans xərçəng hüceyrələrinə daxil olduqda tədricən dəyişir və bu dəyişikliklərin xarakteri və sürəti şişin aqressivliyindən asılıdır.

Bu kəşf şişin inkişaf mərhələsini daha dəqiq müəyyən etməyə və ən effektiv müalicə üsullarını seçməyə kömək edə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev