Aytən İsmayılzadə: Əməliyyatın adı mədəkiçiltmə yox, mədə kəsilmə olmalıdır
24.01.2024 13:41

Xanımlar, fiziki bədəniniz ruhunuzun evidir. Onu düzgün bəsləyin, istədiyiniz kimi zədə verərək düzəltməyə ixtiyarınız yoxdur.


Aztibb.az xəbər verir ki, bu fikirləri Bioloji Təbabət Klinikasının uşaq həkimi Aytən İsmayılzadə sosial şəbəkədə paylaşıb.

Aytən İsmayılzadə qeyd edib ki, mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil. Mədənin hissələri bir-birini təkrar etmir və hər tərəfi müəyyən hormon, maddələr buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib tikilməsi ilə mədə eyni deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, mədə kəsilmə olmalıdır. Çünki, sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur.

“Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı. Öz görünüşümüzə görə deyil. Xalqıma xas toppuş qızların mədəsini kəsməyə əlini bulaşdıran həkimlərə nə deməli? Bu faciədir! Buna aid sosial şəbəkədə çoxlu sayda reklam şəkilləri var. Öncə və sonrası çox da fərqlənməyən şəkillər. Səhiyyə sistemindən isə biri çıxıb buna "dur" demir. Belə işlərə görə o cür həkimlərə ümümiyyətlə əməliyyat qadağan edilməlidir”, - deyə həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev