İnfeksionist qrip və paraqripin fərqini izah etdi
28.01.2024 09:40

Virusların adları oxşardır, lakin mahiyyəti tamamilə fərqlidir. Həkim qripin paraqripdən nə ilə fərqləndiyini izah edib.

Aztibb.az “Doctor Piter” portalına istinadən xəbər verir ki, mütəxəssislərin də qeyd etdiyi kimi bu mövsüm eyni anda üç fərqli virus dalğasının hücumuna məruz qalırıq. COVID onu unutmağa imkan vermir, H3N2 qripi aktivləşib və eyni zamanda mövsümi viruslar, o cümlədən paraqrip infeksiyası dövriyyədədir. Bu hansı virusdur və qriplə əlaqəsi varmı?

"Qrip və paraqripin oxşar simptomları və ötürülmə üsullarına (hava-damcı) malik olmasına baxmayaraq, bunlar tamamilə fərqli iki virusdur", – deyə infeksionist İrina Partilxaeva bildirib.

Mütəxəssis infeksiyalar arasında üç əsas fərqi qeyd edib.

“Qrip tənəffüs yollarına təsir edir və ciddi fəsadlar törədə bilər. Virus ağciyər ödemi, meningit və meningoensefalit ilə pnevmoniya kimi nəticələrlə təhlükəlidir”, – həkim izah edib.

Paraqrip yuxarı tənəffüs yollarını təsir edir: burun, orofarenks və qırtlaq. Lakin bu infeksiya adətən ciddi fəsadlara səbəb olmur. Paraqripə yoluxan şəxs ilk simptomlar görünəndən sonra bir həftə ərzində sağalır.

Yenə də paraqrip immun sistemi zəif olan insanlar, eləcə də gənc uşaqlar üçün təhlükəli ola bilər.

İmmuniteti zəif olan insan pnevmoniyaya tutulma riski altındadır. Paraqripin yalançı krup (boğulmaya səbəb ola bilən qırtlağın daralması - redaktorun qeydi) və bronxiolit (kiçik bronxların iltihabı) kimi ağırlaşmaları da azyaşlı uşaqlar üçün təhlükəlidir. Onlardan ölüm halları nadir hallarda qeydə alınır, lakin tamamilə istisna edilmir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev