Psixoloq xorda oxumağın nə üçün faydalı olduğunu açıqlayıb
23.01.2024 14:37

Stokholm Universitetinin professoru Deborah Teurelska bildirib ki, xorda oxumaq stresslə mübarizə aparmaq üçün əla vasitə ola bilər. Mütəxəssis izah edib ki, bu əlaqənin fizioloji mahiyyəti tənəffüsdə iştirak edən əzələlərin xüsusi işində və onların vagus sinirinə təsirində, bunun da öz növbəsində beynin limbik sisteminə təsir göstərməsindədir.

Aztibb.az “The Lancet”ə istinadən xəbər verir ki, xor oxumaq xoşbəxtlik hormonlarının istehsalına və stress səviyyəsini azaltmağa kömək edən bu prosesləri aktivləşdirir.

Professor Teurelska onu da qeyd edib ki, xor ifaçılığı ümumi sağlamlığa müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, xor oxuyan yaşlı insanlar hobbi ilə məşğul olmayanlardan daha yaxşı sağlamlıq vəziyyətinə malikdirlər. Bununla belə, o etiraf edir ki, xorda olmaq müəyyən vəziyyətlərdə mənfi emosiyalar doğura bilər, məsələn, pis ifa və ya müğənninin soyuqlaması.

Bu yaxınlarda İspaniyadan və digər ölkələrdən bir qrup alim dopaminin insan orqanizminə təsirini öyrənməklə musiqinin insanlara nə üçün həzz verdiyini öyrənib. Onlar belə nəticəyə gəliblər ki, insan orqanizmində musiqidən həzz almaq üçün “məsuliyyət daşıyan” məhz bu hormondur ki, bu da onun sənətin bu formasına xüsusi bağlılığını izah edə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev