Epidemiya artır: Mütəxəssislərdən peyvənd xəbərdarlığı!
23.01.2024 12:09

Əksər ölkələrdə yuxarı tənəffüs yolları xəstəlikləri səbəbindən xəstəxanalar sıx olduğu bir vaxtda ölüm halları artıb. Mütəxəssislər yaşlı və riskli xəstələrə qrip və pnevmoniya peyvəndi tövsiyə edirlər.

Aztibb.az "Cümhiriyyet" qəzetinə istinadən xəbər verir ki, qrip, COVID-19 və RVS kimi yuxarı tənəffüs yolu xəstəliklərinin sayı çoxalmaqdadır. Həkimlər qrip xəstəliyində peyvəndin vacibliyini vurğulayırlar.

İddialar elmi deyil!?

Türk Təbibləri Birliyi Ailə Təbabəti Şöbəsinin (TTB-AHEK) sədri Emrah Kırımlı qrip peyvəndinə tələbatın azaldığını bildirib: “Peyvəndin 20 il əvvəl yan təsirlərə səbəb olmasa da, indi olduğunu iddia etmək elmi deyil. Bu elm məsələsi deyil, qavrayış məsələsidir. İnsanlar arasında peyvəndlə bağlı tərəddüd yaranıb. Ən savadlıdan tutmuş, ən az savadsıza qədər insanlar deyir ki, peyvənd laxtalanma yaradır və öldürür. Hətta hər il qripə qarşı peyvənd alanlar belə tərəddüd edirdilər. Peyvənd tövsiyə etmək çətinləşib. İnsanları inandıra bilmirik. Amma çox təəssüf ki, qripdən çox adam ölür. Bu, həssas qrupların ölümünə səbəb olur. Bunlar ürək və ağciyər xəstəlikləri, xroniki astma və diabet xəstələridir. Qrip artıq infarkt riski olanlara əlavə olunduqda ölümlə nəticələnir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev