Onkoloq mədə xərçənginin inkişafının əsas səbəblərini sadalayıb
22.01.2024 09:58

Onkoloq Beslan Balkarov bildirib ki, statistik məlumatlara görə, mədə xərçənginə qadınlara (42%) nisbətən kişilərdə (təxminən 58%) daha çox rast gəlinir.


Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, bu, təhlükəlidir, çünki ilkin mərhələdə gizli - heç bir əlamət olmadan baş verə bilər.


Həkimin sözlərinə görə, bu, genetik meyldir. Yəni söhbət yaxın qohumlarda mədə xərçənginin olması və xəstəliyin genlər vasitəsilə ötürülməsindən gedir.


“Bu xəstəliklə birbaşa və ya dolayısı ilə əlaqəli bir neçə irsi patologiya var: diffuz mədə xərçəngi CDH1 genindəki mutasiya nəticəsində inkişaf edir və bu, həyat boyu xəstəliyin inkişaf riskini 80%-ə qədər artırır”, - deyə həkim bildirib.


O qeyd edib ki, MLH1 və ya MSH2 genində mutasiya ilə inkişaf edən və mədə xərçənginin inkişafının əsas amillərindən biri olan polipsiz kolorektal xərçəng (HNPCC) də var. Proksimal mədə polipozu (mədədə çoxlu poliplər) APC genindəki mutasiyalar nəticəsində baş verir və mədə xərçənginin inkişaf riskini artırır.


Onkoloq əlavə edib ki, digər risk faktoru mədənin pilorik hissəsində yaşayan ən təhlükəli bakteriyalardan biri olan Helicobacter pylori bakteriyası ilə mədənin kolonizasiyasıdır.


Bundan əlavə, onkoloq mədə xərçənginin inkişaf riskini hisə verilmiş, qızardılmış, duzlu, ədviyyatlı və konservləşdirilmiş qidaların həddindən artıq istehlakı ilə əlaqələndirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev