Video oyunları oynayan insanlarda eşitmə itkisi riski daha yüksəkdir - Araşdırma
22.01.2024 11:49

Beynəlxalq araşdırma, uzun müddət video oyunları oynayan insanların eşitmə itkisi və tinnitus riskinin daha yüksək olduğunu ortaya qoyub.


Aztibb.az xəbər verir ki, "BMJ Public Health" jurnalında araşdırmanın təfərrüatları dərc olunub.


ABŞ, İsveçrə, Çin və Avstraliyadan olan tədqiqatçılar dünya üzrə təxminən 54 min yetkin və uşağı əhatə edən 14 tədqiqatı təhlil edib və tapdıqları nəticələr əsasında video oyunları ilə eşitmə itkisi arasındakı əlaqəni ortaya qoyan bir araşdırma aparıblar.


Tədqiqatçılardan biri, audioloq və epidemioloq Dr. Loren Dillard sözlərinə görə, tədqiqatlar göstərib ki, uzun müddət video oyunları oynayan insanlarda eşitmə itkisi və tinnitus (oynamayanlarla müqayisədə) riski daha yüksəkdir.


Güclü səsə məruz qalmanın qulaqdakı duyğu hüceyrələrini yorduğunu və bunun eşitməyə mənfi təsir etdiyini ifadə edən mütəxəssis vurğulayıb ki, bu, müvəqqəti eşitmə itkisinə və ya qulaqlarda cingiltiyə səbəb ola bilər. Qeyd edib ki, daimi və ya uzun müddətli səs-küyə məruz qalma da daimi eşitmə itkisinə səbəb olur.


"Eşitmə qabiliyyətinizdəki dəyişikliklərə mütləq diqqət yetirin. Eşitmə itkisinin əsas simptomları tinnitus, yüksək səsləri eşitməkdə çətinlik və söhbətləri izləməkdə çətinlikdir”, - seyə mütəxəssis vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev