Qəzzada Hepatit A yayılır
21.01.2024 08:09

Qəzza zolağının Səhiyyə Nazirliyi, Hepatit A virusunun İsrailin hücumları nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı bölgələrdə sıxlıq olması səbəbindən yayıldığını açıqlayıb.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi məsələ ilə bağlı Facebook hesabında açıqlama verib.


Bildirilib ki, Qəzza zolağında köçkünlərin məskunlaşdığı yerlərdə sıxlıq və gigiyena şəraitinin pis olması səbəbindən bu ərazilərdə Hepatit A virusu yayılıb.


Nazirlikdən verilən ikinci açıqlamada lazımi materialların əldə oluna bilməməsi səbəbindən tam qan analizlərinin istənilən vaxt dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.


Qəzza zolağında didərgin düşmüş fələstinlilər İsrailin davam edən hücumları səbəbindən çətin şərtlər altında sağ qalmağa çalışırlar.


Köçkünlərin məskunlaşdıqları yerlərin sıx olması, oradakı tualet və hamamların onların ehtiyaclarını ödəyə bilməməsi bir çox köçkünləri açıq yerlərdə tualet ehtiyaclarını ödəməyə məcbur edir. Səlahiyyətlilər epidemiyaların yayılma təhlükəsi barədə xəbərdarlıq edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub