Qaraciyər piylənməsinə hər 3 nəfərdən birində rast gəlinir
04.07.2021 16:11

Medipol Mega Universiteti dünyada yayılması gündən-günə artan qaraciyər piylənməsi xəstəliyinin simptomları ilə bağlı mühüm açıqlamalar verib.

 

Aztibb.az xəbər verir ki, açıqlamada tərkibində bir çox qatqılar əlavə edilmiş yarımfabrikat qidaların, “fast food” yeməklərinin, spirtli içkilərin, hərəkətsizlik, yaşayış mühiti və yaxud çalışdığınız işin qaraciyərin piylənməsinə səbəb olduğu bildirilir.

 

Əksər hallarda bu xəstəlik heç bir şikayətin olmadığı halda, təsadüfən ortaya çıxır. Qan testləri və ya ultrasəs müayinəsi, MRT və ya bəzi cərrahi əməliyyatlar zamanı aşkar edilir.

 

Piylənmə artıqca qaraciyərin iltihablanmasına və sərtləşməsinə səbəb olur. Əvvəlcə yorğunluq və halsızlıq özünü göstərir. Daha sonra hepatit, qaraciyərin sirrozu və xərçəngi kimi xəstəliklər inkişaf edə bilir.

 

Yüksək xolesterol və diabet xəstələrinin təxminən 80 %-i qaraciyər piylənməsindən əziyyət çəkir və hər 3 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Bu səbəbdən risk altında olanlar qan testləri və radioloji üsullarla yoxlanılmalıdırlar.

 

Piylənmənin aşkarlanması üçün ultrasəs müayinəsi ən sürətli və praktik üsuldur. Lakin qaraciyərin sərtlik dərəcəsini ölçən elastoqrafiya və ya fibroskan adlandırdığımız çoxfunksiyalı cihazlar da qaraciyərin müayinəsi üçün daha effektivdir.   

 

Xəstəliyin müalicəsi uzunmüddətli aparılır. Bəzi qida məhsullarından tam və ya qismən imtina etmək göstərişi verilir.

 

Qaraciyər piylənmsi diaqnozu qoyulan insanlara xüsusi pəhriz və idman proqramı təyin olunur. Dərman preparatları ilə müalicə ilk günlər intensiv, sonra isə aylarla passiv formada aparılır.  

 

Xəstə karbohidratla zəngin məhsulları, doymuş yağ ehtiva edən qidaları azaltmalı, pəhrizə keçməli, axşam saat 19:00-dan sonra yeməyi dayandırmalı və gündə ən azı yarım saat piyada gəzməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub