Cərəyanvurma zamanı ilk tibbi yardım
25.07.2021 11:23

Elektrik cərəyanı vurması mənfi və müsbət elektrik axınının eyni zamanda orqanizmdə birləşməsidir. Cərəyanvurma adətən 15 voltdan artıq olduqda zəif hiss edilir, 30 voltdan artıq isə orqanizmdə narahatçılıq hissi yarada bilir.

 

Aztibb.az xəbər verir ki, cərəyanvurmasının orqanizmə vurduğu zərər cərəyanın şiddətindən asılı olaraq dəyişir. Əgər cərəyanın şiddəti çox olarsa ölümə səbəb ola bilər.

 
Cərəyanvurması adətən iş qəzaları zamanı baş verir. Bəzi hallarda yaş əllə eletrik vasitələrinə toxunan zaman da baş verə bilir.

Cərəyanvurması zamanı orqanizmdə aşağıdakı patologiyalar meydana çıxır:


- Baş-boyun hissə cərəyanvurması zamanı ilk təmas yeri olarsa əgər, sinir sistemində patologiyalar, gözdə katarakta, yerə yıxıldıqda isə sınıqlar baş verə bilir;
- Cərəyanvurması zamanı ürəyin dayanması ən çox rastlanan patologiya hesab edilir;
- Cərəyanvurması zamanı ən çox zərər görən orqan dəri hesab edilir. Belə ki, cərəyanvurma zamanı dəridə ciddi yanıqlar əmələ gəlir. Ən çox cərəyanla əl təmasda olduğuna görə əl və qolların dərisi, bir də dabanlar yanığa məruz qalır;
 - Şiddətli cərəyan yanıqlarından sonra dəridə boz-sarı rəngli, ağrısız, ortası nekroz toxumadan ibarət olan çapıq toxuma qalır.

Cərəyanvurma zamanı aşağıdakılara əməl etmək lazımdır:
- Elektriki ümumi cərəyandan kəsmək;
- Elektriki taxta alət və ya dəri kəmər vasitəsilə təmas nahiyəsindən ayırmaq;
- Elektrik axınını qarşısını almaq üçün quru bir taxta və ya rezinin üstünə çıxmaq;
- Xəstənin paltarlarından tutub həmin hissədən uzaqlaşdırmaq;
- Xəstənin huşu özündə deyilsə ayıltmağa çalışmaq;
- Cərəyan vuran şəxsin nəfəsi çıxmırsa ağızdan-ağıza nəfəs vermək.

Həkim gələnə kimi ilk tibbi yardım məqsədilə 1 xörək qaşığı yemək sodasını və ya 1 çay qaşığı duzu 1/3 litr suda həll edib, yarım saat içərisində xəstəyə içirtmək lazımdır. Amma ilk növbədə xəstəni xəstəxanaya çatdırmaq, onun həyati təhlükəsinin qarşısını ala bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev