İlk azərbaycanlı pediatr, professor Əbülfəz Qarayev - "Dahi təbiblər" rubrikası
16.05.2023 12:08
"Dahi təbiblər" rubrikasında Azərbaycanda dövrünün ən öncül uşaq həkimi, Əməkdar həkim, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayev haqqında məlumatları təqdim edirik.
Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci ildə Bakı şəhərində anadan olub. 1896-cı ildə Bakı gimnaziyasına daxil olub. Gimnaziyanı bitirdikdən sonra Odessa şəhərində Novorossiysk Universitetinin Tibb fakültəsinə qəbul olub, 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
O, perspektivli mütəxəssis olduğu üçün Novorossiysk Universitetinin Uşaq xəstəlikləri kafedrasında ordinator kimi saxlanılıb. İki il sonra Birinci Dünya müharibəsi başladığı üçün gənc həkim təkmilləşməni sona çatdıra bilməyərək Bakıya qayıdıb.
Əbülfəz Qarayev 1 nömrəli şəhər xəstəxanasında uşaq həkimi kimi çalışmağa başlayıb (1916-1918). Növbəti 4 ildə isə Bakının Bayıl qəsəbəsindəki Uşaq xəstəxanasında şöbə müdiri işləyib.
Ötən əsrin 20-ci illərinin əvvəllərindən Ə.Qarayev Bakıda, həmçinin respublikanın rayonlarında dövlət uşaq müalicə-profilaktika müəssisələrinin geniş şəbəkəsinin yaradılması işinə qoşulub. Eyni zamanda, pediatriyanın nəzəri məsələlərinin işlənməsinə başlayıb.
O, uşaqlarda bağırsaq infeksiyalarının etimologiyası və patogenezi məsələlərini araşdıraraq, 1929-cu ildə yazdığı məqalədə uşaqlarda bağırsaq infeksiyaları ilə iflicin bir-biri ilə sıx bağlılığını elmi cəhətdən şərh edib.
Ə.Qarayevin digər böyük bir xidməti də Azərbaycanda uşaq xəstəlikləri xəstəxanasının yaradılmasında fəal iştirak etməsidir. Həmin xəstəxana 1923-cü ildə Pediatriya İnstitutuna, 1927-ci ildə isə Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilmişdi. Qarayevin özü uzun illər burada çalışıb.
Görkəmli alimin həyatının növbəti mərhələsi Azərbaycan Dövlət Tibb İnstitutu (hazırda Azərbaycan Tibb Universiteti) ilə bağlı olub. Burada əvvəlcə assistent, 1931-ci ildən dosent kimi çalışıb. 1939-cu ildə professor, daha sonra Pediatriya kafedrasının müdiri kimi fəaliyyət göstərib. Paralel olaraq bir neçə il Ana və Uşaqları Mühafizə İnstitutuna, eyni zamanda Pediatriya şöbəsinə başçılıq edib.
Onun 1937-ci ildə müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyası “Skarlatina zamanı mərkəzi sinir sisteminin patomorfoloji dəyişiklikləri məsələsinə dair materiallar” mövzusuna həsr olunub, bu xəstəlik zamanı nəfəs yollarının zədələnməsi ilə bağlı apardığı tədqiqatlar da böyük maraq doğurmuşdur.
Professor Ə.Qarayev uşaqlarda südəmər dövrdə protein terapiyası, dizenteriya, epidemik hepatit, meningit, pnevmoniyaların müalicəsinə aid tədqiqatlar aparıb və onların müalicəsi üçün səmərəli yollar tapıb.
1938-ci ildən başlayaraq ömrünün sonunadək Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə başçılıq edib. Professorun xidmətləri hələ sağlığında dövlət tərəfindən yüksək qiymətləndirilib. O, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunub, Azərbaycanın “Əməkdar həkimi” və Əməkdar elm xadimi” kimi yüksək fəxri adlara layiq görülüb, Bakı Şəhər Sovetinə deputat seçilib.
Alimin 2 oğlu olub. Onlardan biri dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayev və görkəmli cərrah Mürsəl Qarayevdir.
1952-ci ilin oktyabrında professor Əbülfəz Qarayev qəflətən vəfat edib.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 nömrəli Kliniki Uşaq Xəstəxanası Ə.Qarayevin adını daşıyır.
Bu bölməyə aid digər xəbərlər
Qəzzada Hepatit A yayılır
21.01.2024 | 08:09
İlk azərbaycanlı pediatr, professor Əbülfəz Qarayev - "Dahi təbiblər" rubrikası
16.05.2023 | 12:08
Diqqət! Bu məhsullarda zərərli orqanizm aşkarlanıb
15.03.2023 | 11:07
Kardioloji müayinələr icbari tibbi sığorta ilə qarşılanırmı? - "Bir sual, bir cavab"
23.02.2023 | 12:51
Uşaqlarda özbaşına vitamin qəbulu böyrək çatışmazlığı yarada bilər? - VİDEO
04.02.2023 | 15:27
ETPİ-də yeni uzman uşaq endokrinoloq və diabetoloqu fəaliyyətə başlayıb - TƏYİNAT
06.09.2022 | 16:18
Böyrək daşının ağrısından qurtulmaq mümkündürmü? - Nefroloq açıqladı
26.02.2022 | 16:09
Səhiyyə Nazirliyinin baş pediatrı: "Uşaqlara ev şəraitində sistem qoşulması ciddi fəsadlara səbəb ola bilər” - AÇIQLAMA
06.09.2021 | 15:31
Cərəyanvurma zamanı ilk tibbi yardım
25.07.2021 | 11:23
Qaraciyər piylənməsinə hər 3 nəfərdən birində rast gəlinir
04.07.2021 | 16:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

