Səhiyyə Nazirliyinin baş pediatrı: "Uşaqlara ev şəraitində sistem qoşulması ciddi fəsadlara səbəb ola bilər” - AÇIQLAMA
06.09.2021 15:31

Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov son zamanlar uşaqlarda qızdırma, ishal və qusma hallarının geniş yayılması ilə bağlı olaraq onlara sistem qoşdurulması hallarına tez-tez rast gəlinməsinə münasibət bildirib.

 

Baş pediatr bu barədə Aztibb.az-a açıqlamasında uşaqlara sistemlərin yalnız xəstəxana şəraitində vurulmalı olduğunu deyib. Bildirib ki, sistemlərin həkim məsləhəti olmadan, ev şəraitində edilməsi bəzən ciddi fəsadlara səbəb ola bilər:

 

“Uşaqlara ev şəraitində sistem qoşulduğu zaman hər hansı bir əlavə reaksiya, yan təsir və ya anafilaktik şok baş verərsə, burada ona qarşı tədbir görmək üçün şərait mövcud deyil. Ev şəraitində edilən sistemlər bəzən uşaq ölümlərinə belə səbəb ola bilər. Bu baxımdan valideynləri ev şəraitində sistem qoşdurmaqdan çəkinməyə çağırıram”.

 

Həkimin sözlərinə görə, hazırda uşaqlar arasında qusma, ishal, qızdırma halları geniş yayılıb. Bu zaman uşaqlara ağızdan dərmanların qəbulunu, bol maye verilməsini tövsiyə edirik. Lakin bəzən qusmaya bağlı dərmanların qəbulu mümkün olmadıqda uşaqlara sistemlərin xəstəxana şəraitində köçürülməsi tələb oluna bilər.  

 

“Çalışmaq lazımdır ki, uşaqlarda sadə tərkibli, Natrium xloridli, içərisinə qlükoza qatılmış sistemlərdən istifadə olunsun”, - deyə E.Rəhimov qeyd edib.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub