Pasiyentin beynində iynə aşkarlandı!
19.01.2024 10:19

Təəccüblü olsa da, pasiyent iynənin ora nə zaman və hansı şəraitdə daxil olduğunu xatırlamır.

Ola bilsin ki, uşaq yaşlarında ehtiyyatsızlıq nəticəsində daxil olub. Bəlkə də, məqsədyönlü şəkildə daxil edilib, çünki bəzi rayonlarda yeni doğulan, istənməyən qız uşaqları ilə bağlı belə halların yaşandığı məlumdur.

Aztibb.az xəbər verir ki, bu məlumatı endokrinoloq İlkin Əhmədli instaqram səhifəsində paylaşıb.

“Pasiyent mənə prolaktin hormonunun yüksəkliyi ilə bağlı müraciət edib. Səbəbini araşdırmaq üçün xəstə öncə baş beyin daxilində yerləşən hipofiz vəzisinin MRT müayinəsindən keçir. Müayinədən keçərkən, təsadüfən orada iynə aşkarlanır və MRT müayinəsi təhlükəli olduğundan (MRT müayinəsi - elektromaqnit əsaslarla işləyən aparatdır) dayandırılaraq, radioloq tərəfindən rentgen və KT müayinəsi ilə iynənin beyin daxilindəki yeri dəqiq müəyyən olunur. Neyrocərrahla konsultasiya etdikdən və pasiyentin fikrini aldıqdan sonra belə qərara gəldik ki, əgər iynə uzun illər orada fəsadlaşmamış şəkildə qalıbsa, toxunulmasın”, - deyə həkim bildirib.

Pasiyentə prolaktin hormonunun yüksəkliyi ilə bağlı konservativ müalicə yazılaraq, evə yola salınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev