Antarktidada suitilərdə quş qripi aşkarlanıb
19.01.2024 09:36

İngiltərə Heyvan və Bitki Sağlamlığı Agentliyi (APHA) Antarktidadakı suitilərin quş qripinə tutulduğunu və öldüyünü açıqlayıb.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, APHA bu gün dərc etdiyi hesabatda yüksək patogenli quş qripinin (HPAI) Antarktidanın cənubundakı Cənubi Corciya adasında suitilərin ölümünə səbəb olduğunu bildirib.

APHA ilk məlum hadisələrin 2023-cü ilin oktyabrında qəhvəyi skua adlı quş növlərində meydana gəldiyini və xəstə quşlardan alınan nümunələr nəticəsində virusun Cənubi Amerikadan köçəri quşlardan keçdiyini təxmin etdiklərini açıqlayıb.

APHA Quş Virusologiyası qrupunun alimi Marko Falçieri bildirib ki, üç həftəlik araşdırmadan sonra bölgədəki demək olar ki, bütün suitilərdə quş qripi əlamətləri müşahidə olunub və təxminən 20 suiti ölüb. Bildirilib ki, əlamətlər arasında öskürək, asqırma, gözdən axıntı, burundan axıntı, başın yavaş yellənməsi və titrəmə var.

Qeyd edilib ki, quş qripi sub-Antarktika bölgəsində yayılmağa davam edərsə, o, kövrək ekosistemi əhəmiyyətli dərəcədə təhdid edə bilər və potensial olaraq dəniz quşları və dəniz məməlilərinin böyük populyasiyasını risk altına qoya bilər. Bununla belə, mövcud məlumatlar virusun geniş yayılmış adaptasiyasının olmadığını deməyə əsas verir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev