Ukrayna, Gürcüstan və Ermənistanda koronavirusa yoluxma statistikası
30.10.2020 13:56

Ukraynada son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxma və bu virusdan ölüm hallarında yeni antirekord qeydə alınıb.

 

Aztibb.az Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 173 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7041 nəfərə çatıb.

 

Ötən gün Ukraynada 8312 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 378 min 729-a çatıb, 155 min 26 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Xmelnitski, Lvov və Xarkov vilayətlərində qeydə alınıb.

 

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

 

Gürcüstanda son sutka ərzində COVID-19-a 1 696 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 37 263 nəfərə, ölənlərin sayı 285 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 19 810 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda son sutka ərzində koronavirus infeksiyasına 2 398 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb. Ölkədə koronavirusa yoluxanların sayı 87 432 nəfərə çatıb, ölənlərin sayı 1 300 nəfərdir.

 

Xəstəlikdən sağalanların sayı 54 316 nəfər təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib