Qış günlərində də səhər ilk növbədə su içməlisiniz!
21.01.2024 08:43

Soyuq hava, aşağı rütubət və qapalı məkanlarda uzun müddət qalmanın orqanizmin su itkisini artıra biləcəyini ifadə edən diyetoloq Meltem Dəmirci bunun səbəbinin qış aylarında su istehlakının daha çox əhəmiyyət kəsb etməsi olduğunu bildirib.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, soyuq havanın bədən istiliyinin tənzimləmə mexanizmlərinə təsir edə biləcəyinə diqqət çəkən diyetoloq su içməyin bədən istiliyinin sabit qalmasına kömək etdiyni deyib:

“Mayelər orqanizmin xəstəliklərə qarşı müdafiə mexanizmlərini dəstəkləyir. Qış aylarında su içmək nəinki susuzluğu yatırır, həm də orqanizmin daha yaxşı işləməsində mühüm rol oynayır.“Sağlam insanlar gündə ən azı 10-12 stəkan, təxminən 2-2,5 litr su içməlidirlər. Lakin bu miqdar insanın yaşından, çəkisindən, aktivlik səviyyəsindən və iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Səhər ilk növbədə su içməlisiniz. Bədən bütün gecə su itirir. Günə səhər bir-iki stəkan otaq temperaturunda su içməklə başlamaq maddələr mübadiləsini aktivləşdirə bilər.”

Qış aylarında içilən suyun susuzluğu yatırmaqla yanaşı, orqanizmin funksiyalarını optimallaşdırmaq üçün immunitet sistemini də gücləndirdiyini qeyd edən diyetoloq sözlərini belə yekunlaşdırıb:

“İçməli su dəri sağlamlığını qorumaq və maddələr mübadiləsi sürətini artırmaq kimi bir çox mühüm üstünlüklər gətirir. Odur ki, xüsusilə qış mövsümündə su istehlakına diqqət yetirmək ümumi sağlamlığa da müsbət təsir edə bilər. Maye məhdudiyyəti hallarında həkimə müraciət etmək lazımdır. Bu tövsiyələr uyğun sağlamlıq şəraiti olan şəxslər üçün etibarlıdır. Fərdin xüsusi sağlamlıq vəziyyətini nəzərə alaraq, həkimin göstərişlərinə əməl etmək vacibdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev