Sağlam qış hamiləliyi üçün önəmli məsləhətlər
18.01.2024 08:23

Qadın xəstəlikləri mütəxəssisi Elif Alaç qışda tez-tez rast gəlinən soyuqdəymə, qrip kimi yuxarı tənəffüs yolu infeksiyalarından qorunmaq üçün gələcək anaların ala biləcəyi bəzi tədbirlərə diqqət çəkib.

Aztibb.az “Haber Türk”ə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, qapalı mühitlərdə damcı yolu ilə bulaşan virus infeksiyalarının yayılması artır. Buna görə də, hamilə qadınların yaşadığı mühiti gündə ən azı 15-20 dəqiqə havalandırın. Tez-tez əl ilə təması olan hamilə qadınlar əllərini tez-tez yumaqla çirklənmə ehtimalını azaltmalıdırlar.

“Hava axınının qarşısını alan və tərləməni artıran sintetik paltarlar yerinə pambıq və yun paltarları seçin, buzlu havada sürüşmənin qarşısını alan ayaqqabılar geyinin. Mümkün olmadıqca ticarət mərkəzləri, məktəblər, xəstəxanalar və ictimai nəqliyyat kimi qapalı mühitlərə girməyin. Əgər belə qapalı mühitlərdə olmalısınızsa, maskadan istifadə edin”, - deyə həkim vurğulayıb.

Qeyd edib ki, qış aylarında D vitamini və omeqa-3 dəstəyi ilə zəngin olan balıq, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, qırmızı ət, ə qoz kimi qidalardan istifadə edilməlidir. Həmçinin hamilə qadınlar yeməklərinə sitrus meyvələri, bibər, brokoli, limon və kivi kimi C vitamini ilə zəngin qidaları əlavə etməlidirlər.

“Daimi məşq sizin əzələ gücünüzü və bədən müqavimətinizi artırır və virus infeksiyalarına qarşı dəstək olur. Gəzinti, üzgüçülük, yoqa və pilates bədən müqavimətinizi artırır. Hər gün 30 dəqiqə müntəzəm olaraq gəzin. Xüsusilə günəşli günlərdə 20 dəqiqə günəş vannası qəbul etmək D vitamini sintezi üçün faydalıdır”, - deyə həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev