Bu əlamətlər diş əti xəstəliklərinə yol açır
21.01.2024 13:58

Diş əti iltihabının ilk simptomu dişətindəki qanamalardır. Diş əti iltihabının səbəb olduğu diş itkiləri, çürüklərin səbəb olduğu diş itkilərindən daha çoxdur.

Aztibb.az xəbər verir ki, mütəxəssislər diş əti xəstəliklərinin aşağıdakı simptomlarını sadalayır :

- Diş əti xəstəliklərinin ilk və ən əhəmiyyətli simptomu dişəti qanamasıdır. Sağlam dişəti qanamaz
- Diş ətlərində şişmələr, qızarmalar olursa,
- Diş ətlərində çəkilmələr və açığa çıxan kök səthlərində həssaslıqlar olursa,
- Diş əti kənarlarında və ya dişlər arasında, diş daşlarına bağlı olaraq əmələ gələn qara ləkələr görünürsə,
- Diş ilə dişəti arasından iltihab axırsa,
- Dişlərdə laxlamalar, uzanmalar və dişlər arasında açılmalar olursa,
- Ağızda daimi bir pis qoxu və pis dad hissi varsa və s.

Diş əti xəstəliyinin əsas səbəbi bakteriya ərpi deyilən dişə möhkəmcə yapışan, yapışqan şəffaf bir təbəqədir. Dırnağınızla dişinizin üzərinə sürtərək ərpi hiss edə bilərsiniz. Digər səbəblər kimi genetik faktorlar, siqaret, dərman istifadəsi, hormonal dəyişikliklər, stress, pis qidalanma, diabet, pis düzəldilmiş qapaq, plob və s. dişəti xəstəliklərinin inkişafına səbəb olur.

Çox geçikmədən bir diş həkiminə muraciət edip müayinə olmaq lazımdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev