ÜST humanitar sağlamlıq yardımı üçün çağırış edib
17.01.2024 10:39

ÜST rəhbərliyi "2024-cü ildə sağlamlıq üçün təcili yardım tələbi" adlı onlayn görüşdə Sudan, Ukrayna, Efiopiya, Haiti, Myanma və Qəzzadakı qarşıdurmalardan dəhşətə gəldiklərini və bu il təxminən 166 milyon insanın həyat qurtaran humanitar sağlamlıq yardımına ehtiyacı olacağını açıqlayıb.

Aztibb.az “Haber Türk”ə istinadən xəbər verir ki, açıqlamada 2023-cü ildə dünyada hər beş uşaqdan birinin münaqişə zonalarında yaşayacağı və ya oradan qaçmaq məcburiyyətində qalacağı, iqlim dəyişikliyi çərçivəsində baş verən hadisələrin də sağlamlığa mənfi təsir etdiyi qeyd edilib.

"Sağlamlıq böhranlarının səbəb olduğu insan əzabını azaltmağın yalnız iki yolu var: maliyyələşdirməni artırmaq və ya ehtiyacları azaltmaq. Hal-hazırda bunların heç biri baş vermir. Humanitar işçilər müdaxilə etmədikdə, həyatlar risk altına düşür və icmaların ehtiyacları artır", - açıqlamada bildirilib.

ÜST-nin 2024-cü ildə dünyada ən həssas təbəqələri qorumaq üçün 1,5 milyard dollarlıq yardım çağırışı başlatdığını qeyd edən ÜST-ün baş direktoru Tedros Qebreyesus , bu yardımla 87 milyon insana həyat qurtaran humanitar yardım çatdırmağı hədəflədiklərini söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev