Həkimlər insanların ən çox öldüyü xəstəliklərin adlarını açıqlayıblar
16.01.2024 08:12

Statistikaya görə, bütün dünyada diaqnozların əksəriyyətini xroniki qeyri-infeksion xəstəliklər təşkil edir. Hər il təxminən 41.000.000 insan bu xəstəliklərdən ölür, onların çoxu hələ də işdə aktiv ola biləcək yaşdadır.


Aztibb.az xəbər verir ki, “Arqumentı i faktı” nəşri bu barədə riskin modifikasiyası üzrə Birinci Ümumrusiya Konqresində çıxış edən ekspertlərə istinadən paylaşıb.


ÜST-nin araşdırmasına görə, ölümün aşağıdakı səbəbləri var: onkologiya, ürək-damar və xroniki respirator xəstəliklər, şəkərli diabet. Sadalanan xəstəliklər bütün ölümlərin 80%-ni təşkil edir. Bununla belə, onların bir çoxunun qarşısını almaq və ya idarə etmək olar.


ABŞ-ın Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırma müəyyən qaydalara riayət edilməsinin ömür müddətini artıracağını göstərib. Əgər 50 yaşına qədər pis vərdişlərdən əl çəksəniz, normal çəki saxlasanız, müntəzəm idmanla məşğul olsanız və sağlam qidalar qəbul etsəniz, o zaman qadınlar ömürlərini 14, kişilər isə 12 il uzada bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev