COVID-19-dan 20 dəfə daha ölümcül yeni “X xəstəliyi” müzakirə olunur
15.01.2024 10:09

Bəşəriyyət “X xəstəliyi” ilə təhdid edilir. Bu sirli xəstəlik pandemiya elan edilməsinə səbəb olan COVID-19-dan dəfələrlə pis ola bilər.


Aztibb.az “Actual News” portalına istinadən xəbər verir ki, dünya səhiyyə sistemlərinin nümayəndələri mümkün problemi Dünya İqtisadi Forumunda müzakirə edəcəklər.


Hazırda bəşəriyyəti koronavirus infeksiyasından daha çox təhdid edən sirli “X xəstəliyinin” nə olduğu barədə təfərrüatlar yoxdur. Eyni zamanda, artıq bir neçə beynəlxalq platformada mövzunun müzakirəsi elan edilib.


Problem İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda qaldırılacaq. Tədbir yanvarın 15-dən 19-a kimi baş tutacaq.


Təşkilatın saytında qarşıdan gələn müzakirənin elanında bildirilir ki, ÜST məlumatlarında göstərildiyi kimi, xəstəliyin ölüm nisbəti COVID-19 ilə müqayisədə 20 dəfə çox ola bilər. Yaxınlaşan təhlükə ilə əlaqədar olaraq, səhiyyə sisteminin nümayəndələri ölümcül çağırışla üzləşməyə imkan verəcək tədbirlərin görülməsi mövzusunu müzakirə etməyi təklif edirlər.


“Xəstəlik X” mövzusunda müzakirələrin planlaşdırıldığı iclasda ÜST-nin rəhbərliyi, bir çox ölkələrin səhiyyə naziri və müvafiq ekspertlər iştirak edəcəklər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev