Uşaqlar niyə “xəyali dostlar” qazanırlar? Klinik psixoloqdan tövsiyələr
14.01.2024 10:54

Xəyali dostlar kiçik yaşlı uşaqların öz şüurlarında yaratdıqları xarakterlərlə qurduqları dostluqlardır. Ailələr vəziyyətdən narahat olsalar da, xəyali dostluqlar düşündükləri qədər nadir və narahatedici deyil.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, uşaqların təxminən 40-60 faizinin xəyali dosta ehtiyacı ola bilər.Cizgi filmi qəhrəmanı, super qəhrəman, heyvan və ya sevimli oyuncaq... Bu “görünməz” dostu zehinlərində təsəvvür edərkən, bildikləri xüsusiyyətləri tez-tez bir araya toplayırlar.

Beləliklə, xəyali dostlar bəzən nümunə göstərir, bəzən də ailələrin bəyənmədiyi xüsusiyyətlərə malikdirlər. Onlar hətta “günah keçisi” rolunu da götürə bilərlər...

Bəs, uşaqlara xəyali dostlar niyə lazımdır? Xüsusilə 3-7 yaş aralığında baş verən bu vəziyyətlə bağlı klinik psixoloq Seda Aydoğdu danışıb.

Xəyali dost nədir və necə görünür?

Xəyali dost, uşağın istədiyi yerdə olan, istədiyi oyunu oynayan, onu qeyd-şərtsiz qəbul edən dostdur. Uşağımızın xəyali bir dostu olması narahatedici bir vəziyyət kimi qəbul edilməməlidir. Xəyali dost inkişaf etdirmək övladımızın təxəyyülünü inkişaf etdirir və ehtiyaclarına dəstək verən bir cəhət təmin edir.

Uşaqların günah keçisi: Xəyali dost

Bəs niyə uşaqlara xəyali dost lazımdır? İlk ağla gələn mümkün səbəblərdən biri də uşağın özünü tənha və digər uşaqlar tərəfindən qəbuledilməz hiss etməsidir... Lakin araşdırmalar bu mövzuda fərqli bir vəziyyətə də işarə edir.

Məşhur inancın əksinə olaraq, araşdırmalar göstərir ki, xəyali dostlar tənhalıqla əlaqəli deyil. Xəyali dostları geniş dost çevrəsi olan uşaqlarda da görmək olar.

Xəyali dost uşaq tək olanda onunla oynayan, oyun oynayanda ona dəstək olan simvol kimi qəbul edilir. Bundan əlavə, xəyali dostlar bəzən pis davranan və pis sözlər söyləyən biri kimi görünə bilər. Bu zaman uşaq xəyali dostunu özü ilə ailəsinin qəzəbi arasında qalxan kimi istifadə edərək sözün əsl mənasında günah keçisi kimi istifadə edə bilər.

Bir çox insan xəyali dostun psixoloji pozğunluğun əlaməti olduğunu da düşünə bilər. Həkim blidirir ki, xəyali dostlar psixoloji xəstəlik deyil:

"Bu, psixoloji pozğunluq kimi yox, inkişafın bir pilləsi kimi qiymətləndirilməlidir. Hər uşaqda olmasa da, bəzi uşaqlarda müşahidə olunur. Psixoloji pozğunluq əvəzinə, hər bir uşağın xüsusi olması nəzərə alınmalıdır və hər bir inkişaf özünəməxsus şəkildə cücərən bir məfhumdur. Xəyali dostlar uşaqların ağıl nəzəriyyəsi kontekstində qurduqları anlayışlardır. Bu, həm də insanların başqalarının fikirlərini daha yaxşı anlamasına imkan verən ayrıca və xüsusi bir sahə hesab olunur, oyunlar və xəyallar".

Nə vaxta qədər xəyali dosta sahib olmaq normal sayılırdı?

Uşaqların təxminən 40-60 faizi, xüsusən də 3-7 yaş arasında görünməz dost qazana bilir. Psixoloq deyir ki, bu vəziyyət 7 yaşından sonra nadir hallarda müşahidə olunur:

"Uşaqların inkişafında 6 yaşına qədər reallıq və təxəyyül arasındakı fərq aydın olmur. Bu iki anlayış çox vaxt bir-biri ilə qarışdırılır. 7 yaşından sonra reallıq və təxəyyül arasındakı sərhədlərin aydınlaşmağa başladığını görürük. Bu iki anlayış bir-biri ilə qarışdırılır. Buna uyğun olaraq, 3-7 yaş arası xəyali dostların ən çox rast gəlindiyi dövrdür. Xəyali dostlar çox vaxt 7 yaşından sonra yoxa çıxsa da, bəzi uşaqlarda bu vəziyyət bəzən yeniyetməlik dövrünə qədər davam edə bilir”.

Bəs, ailələr bu dostluq münasibətinə necə yanaşmalıdırlar?

Ailələrin narahat olmaqdansa xəyali dostu yaxşı tanımağa çalışmalıdırlar:

"Çünki o xəyali dost uşağın şüurunun təmsili hesab olunur. Uşaq öz istək və ehtiyaclarını, qorxularını və ya fitnə-fəsadlarını həmin xəyali dost vasitəsilə ifadə edir. Bu kontekstdə xəyali dostun mümkün fitnəsi qayda və həddə daxil edilməlidir... Uşağın oyun və danışıqlarına əməl edilməlidir. Biz də valideyn olaraq övladımızın oyunlarında onun xəyali dostu ilə müəyyən qədər iştirak etməliyik, ancaq qoyulması lazım olan sərhədlərdən geri addım atmamalıyıq”.

Qeyd edək ki, ailənin qərarsız olduğu hallarda ekspert rəyi alması vacibdir.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub