Türkiyədə bir ilk: Psixoloji pozğunluğu olanlara dəstək üçün məsləhət xətti yaradıldı
12.01.2024 10:35

Samsunda şizofreniya, bipolyar, psixotik və əhval pozğunluğu kimi ruhi xəstəliklərlə mübarizə aparan, həmçinin autizm və zehni geriliyi olanlara dəstək olmaq üçün "Ağır Ruhi Xəstəliklər Həmrəylik Xətti" yaradılıb.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Samsun İl Sağlamlıq Müdirliyi tərəfindən qurulan və həftənin 7 günü saat 09.00-18.00 arası "0362 311 25 21/22/24" telefon nömrəsi ilə fəaliyyət göstərən xəttdə 8-i çağırış qəbul edən personal və 2-si psixoloq olmaqla 10 nəfər çalışır.

İl Səhiyyə Müdiri Mustafa Uras xəstələrin yaşadığı problemlərə təsirli həll yolları tapmaq istədiklərini bildirərək qeyd edib ki, xətt qurarkən əsas məqsədimiz müalicə prosesində problem yaşayan və ehtiyac duyduğumuz xəstələrin yaşadıqları problemlərə təsirli həll yolları tapmaq idi. Dəstək vermək və onların düzgün bölmələrə yönəldilməsini təmin etmək.

Psixoloji xəstəliklərlə mübarizə çətin prosesdir. Xüsusilə də yeni diaqnoz qoyulan xəstələrimiz və onların yaxınları bu prosesi idarə etməkdə çətinlik çəkirlər. Biz bu xətti aktivləşdirdik ki, bu xəstələr və onların ailələri yanlarında olduğumuzu hiss etsinlər.

Türkiyədə ilk dəfə bu xətt Samsunda qurulub.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev