Kimyaterapiyaya alternativ xərçəng müalicəsi tapıldı
12.01.2024 09:51

ABŞ-da elm adamları nanotexnologiya sayəsində kimyaterapiyaya alternativ ola biləcək xərçəng müalicəsi üsulu öyrəniblər. Bu üsulla müalicənin çox az yan təsirləri var.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Texasdakı Rays Universitetinin tədqiqatçıları tərəfindən "molekulyar çəkiclər" (MHJ) adlandırılan üsul şişləri aradan qaldırmaq üçün istifadə edilə bilər.

MHJ metodunda tibbi görüntüləmə prosedurlarında istifadə edilənə siyanin boyası bədənə vurulur. Bu boya xərçəng hüceyrəsinə bağlandıqdan sonra bədənə zərər vermədən dərinliyə nüfuz edə bilən infraqırmızı işıqla aktivləşir.

Bu siqnallar xərçəng hüceyrəsində vibrasiyaya səbəb olur və hüceyrə membranının qopmasına səbəb olaraq xərçəngi məhv edir.

Araşdırmanın aparıcı müəllifi akademik Ciceron Ayala Orozco texnologiyanın hələlik yalnız siçanlar üzərində sınaqdan keçirildiyini və prinsipcə işlədiyini bildirib. Akademik qeyd edib ki, insanlar üzərində təcrübələr ancaq illər sonra aparıla bilər.

O, həmçinin MHJ texnologiyasının xərçəng müalicəsində istifadə edilən kemoterapi ilə müqayisədə çox daha az yan təsirlərə səbəb olacağını deyib.

Rays Universitetindən James Tour siçanlar üzərində apardıqları təcrübələrdə heyvanların yarısında xərçəng hüceyrələrinin tamamilə məhv edildiyini bildirib.

Tədqiqatçı bu texnologiyanın bədəndəki xərçəng hüceyrələrinin qalıqlarını aşkar etmək üçün də istifadə oluna bilməsi üçün araşdırmalarını davam etdirdiklərini deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev