Ətraf mühitin qayğısına qalan yeni neyron şəbəkəsi populyarlıq qazanıb
10.01.2024 14:21

“Litter Cam AI” avtomobilin şüşələrindən zibil atan sürücüləri aşkar edir, avtomobilin dövlət nömrə nişanını tanıyır və qaydanı pozan şəxsə cərimə göndərir.

Aztibb.az “Involta media” nəşrinə istinadən xəbər verir ki, bu yeni AI modeli İngiltərədə ətraf mühitin keyfiyyətini yaxşılaşdırmaq və tullantıların miqdarını azaltmaq üçün yaradılıb.

Neyroşəbəkə istehsalçısının sözlərinə görə, müasir dünyada yeni effektiv alətlər olmadan iqlimə nəzarət etmək çətindir. Eyni zamanda, regional və milli hakimiyyət orqanları yeni alətlər tətbiq edərkən minimum risk tələb edir.

Yeni texnologiya artıq onun keyfiyyətini təsdiq edən patenti alıb. Süni intellekt qanun pozuntusu aşkar etdikdən sonra platforma bu kadrları yoxlama xidmətinə ötürür, bundan sonra avtomobilin sahibi haqqında ətraflı məlumat əldə etmək üçün sorğu, daha sonra isəhəmin şəxsə cərimə göndərilir.

Startapın baş icraçı direktoru İT və müştərilərin idarə edilməsi sahəsində 20 illik təcrübəyə malik olan Endryu Kempdir. O, həmçinin ətraf mühitin keyfiyyətinin yerli monitorinqi üzrə ekspertdir.

İstehsalçı onu da qeyd edib ki, təklif olunan kompleks həll yalnız avadanlıqları deyil, həm də proqram təminatı və xidmətləri, o cümlədən müraciətlərlə işi əhatə edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev