Sifilisin müalicəsində istifadə edilən antibiotik  –“Bicillin”nin çatışmazlığı yaşanır
09.01.2024 08:23

 

ABŞ-da sifilis hallarının sayında artım müşahidə edilməkdədir. Həmçinin anadangəlmə infeksiya ilə doğulan uşaqların da sayı çoxdur. Vəziyyət ürəkaçan deyil, çünki yoluxmuşları müalicə etmək üçün kifayət qədər antibiotik “Bicillin” yoxdur.

 

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Corc Meyson Universitetinin bioloqu və professoru Ança Baranova danışıb.

 

2019-cu ildən bəri ABŞ-da sifilis nisbətləri yüksəlir və pandemiya zamanı artım sürətlənib. Təkcə Hyustonda 2016-cı ildə anadangəlmə Treponema pallidum infeksiyası ilə 16 uşaq doğulub, 2021-ci ildə isə artıq 151 uşaq, - professor Baranova Teleqram kanalında məlumat verib.

 

"Sifilisi penisilinin uzun müddət təsir edən forması olan “Bicillin” ilə mükəmməl şəkildə müalicə etmək olur. Dərmanın bu forması hamilə qadınlara verilə bilər ki, nəticədə körpələrdə anadangəlmə sifilis olmur.

 

Eyni zamanda, Pfizer tərəfindən istehsal olunan “Bicillin L-A” hazırda kəskin çatışmazlıq içərisindədir. Pfizer açıqlayıb ki, qıt olan dərman ehtiyatını artırmaq üçün mümkün olan hər şeyi ediləcək.

 

Xatırladaq ki, bu antibiotik bir qədər təkmilləşdirilmiş, lakin əslində, 1944-cü ildə istehsal olunmağa başlayan və cüzi modifikasiyadan (sabitləşmədən) sonra 1950-ci ildə patentləşdirilmiş eyni penisilin preparatıdır. Dərman ÜST siyahısına daxil edilib və hələ də həyati vacib dərmanların sırasında yer alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev