Tütün sənayesi qadınları hədəfləyir
08.01.2024 07:01

Dünya Səhiyyə Təşkilatının Türkiyə Ofisindən professor Toker Ergüder tütün sənayesinin fərqli tütün məhsulları ilə qadınları hədəf aldığını deyib.

Aztibb.az “Haber Türk”ə istinadən xəbər verir ki, professor dünyada 1,1 milyard insanın siqaret çəkdiyini və bunun nəticəsində 8 milyondan çox insanın həyatını itirdiyini bildirib.

Qeyd edib ki, bu 8 milyon insanın 1 milyonu başqasının çəkdiyi siqaret tüstüsünə məruz qaldıqları üçün həyatını itirir.

Qadinlar tütün sənayəsinin tələsinə daha asan düşür

Alim son illərdə qadınlara istiqamətli araşdırmalar apardığını deyib. Xüsusilə qadınların tütün sənayesinin tələsinə daha asan düşdüklərini vurğulayan T.Ergüder belə davam edib: "Tütün sənayesinin xüsusilə qadınlara üz tutmasının səbəbi yeni müştəri kimi onların hədəf alınmasıdır. Fərqli taktikalarla fərqli tütün məmulatları ilə qadınları hədəf alaraq, qadınlarda siqaret çəkmə nisbətlərini artırırlar. Dünyada son 10 ildə qadınlar arasında siqaret çəkmə nisbətində böyük artım var."

Elektron siqaretin bağlılıq təsiri siqaretdən yüksəkdir

Alim elektron siqaretin aludəçilik təsirinin siqaretdən qat-qat yüksək olduğunu qeyd edib. Bəzi ölkələrin tütün və tütün məmulatlarının istifadəsinin qarşısını almaq üçün ciddi tədbirlər görülür, tütün məmulatları qadağan olunur.

Həmçinin ABŞ tütün istifadəsini yüzdə 15, İngiltərənin yüzdə 10, Avstraliyanın isə yüzdə 10-un altına endirmək üçün tədbirlər görür.

Professor 2025-ci ildən sonra İrlandiya, İsveç və Yeni Zelandiyada tütün məmulatlarının istehsalı, alınması və çəkilməsinin qadağan ediləcəyini bildirib: "2034-cü ildə Şotlandiya, 2040-cı ildə Finlandiya tütün məmulatlarını tamamilə qadağan edəcək. Bəzi ölkələrdə xüsusilə tütün məmulatlarını qorumaq məqsədi ilə Yeni Zelandiyada olduğu kimi uşaq və gənclər üçün qanunlar tərtib edilib: "Türkiyədə 2007-ci ildən sonra doğulanlara ömürlərinin sonuna qədər siqaret çəkmələri qadağandır. İngiltərə də yaxın vaxtlarda oxşar qanun qəbul edəcək və 2008-ci ildən sonra doğulan uşaq və gənclərin siqaret alması və çəkməsi qadağan ediləcək”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev