Tədqiqat artıq çəkini və qanda xolesterini azaldan ədviyyatı müəyyən edib
06.01.2024 19:09

Məşhur həkim Avik Roy bu ədviyyatın dəyəri haqqında məlumat paylaşıb. Qədim zamanlardan “qara qızıl” kimi tanınan qara bibər yeməklərə ədviyyat qatmaqla yanaşı, sağlamlığımıza da müsbət təsir göstərir.


Aztibb.az “Medzdrav.İnfo”ya istinadən xəbər verir ki, həkimin bildirdiyinə görə, qara bibər arıqlamağa kömək edir, çünki onun əsas aktiv komponenti olan piperin yağ hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Bundan əlavə, bədəndən toksinləri çıxarmağa və xərçəngə tutulma riskini azaltmağa kömək edə bilər.


Yeni tədqiqatın nəticələri bunları deməyə əsas verib.Həkim qara bibərin həzmi normallaşdırmaqda, xolesterinin səviyyəsini azaltmaqda və ürək-damar xəstəlikləri riskini azaltmaqda da əhəmiyyətini qeyd edib.


Maraqlıdır ki, qara bibərin vətəni Hindistandır, oradan bütün dünyaya yayılıb. Makedoniyalı İsgəndər bunu sınayan ilk şəxs hesab olunur.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev