Qərb at ensefalitinə yoluxma hadisəsinin qeydə alındığı xəbəri yayılıb
06.01.2024 08:27

Rusiya Federasiyasında Qərb at ensefalitinə yoluxma hallarının yaşandığı barəadə xəbər yayılıb.


Aztibb.az “Medik Forum” nəşrinə istinadən xəbər verir ki, xəbər rəsmi olaraq təkzib edilib. Xidmətin qeyd etdiyi kimi, Rusiya Federasiyası əlverişsiz epidemiya şəraiti olan ölkələrdən gələn insanlara nəzarət edir.


“Qərb at ensefaliti Rusiya Federasiyasında qeydə alınmamışdır. Vəziyyət tam nəzarət altındadır. Bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin press-relizində deyilib.


Bir müddət öncə Argentinanın Səhiyyə Nazirliyi atlarda Qərb ensefalitinə yoluxmanın qeydə alındığını açıqlamışdı.
Rusiya rəsmiləri bildirib ki, “Perimetr” avtomatlaşdırılmış informasiya sistemi simptomları öyrənir və əlverişsiz epidemiya vəziyyəti olan ölkələrdən Rusiya Federasiyasına qayıdan insanlarda onları tez bir zamanda aşkar edir.


Qərb at ensefaliti nadir viral xəstəliklərdən biridir. Ağcaqanad dişləməsindən heyvana ötürülür və bu da insanlara yoluxa bilər. Eyni zamanda, xəstəlik insandan insana keçə bilməz. Ensefalitin əlamətlərinə baş ağrısı, yorğunluq, zəiflik və halsızlıq daxildir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev