Alimlər insanda hansı orqanın daha tez sıradan çıxacağını müəyyənləşdiriblər
05.01.2024 19:49

Stanford Universitetinin Tibb fakültəsinin alimləri insan orqanizmində hansı orqanın digərlərindən daha tez qocaldığını müəyyən etməyi öyrəniblər.


Aztibb.az bu barədə “Nature” elmi jurnalına istinadən məlumat verir.


Alimlər beş min könüllü arasında araşdırma apararaq belə nəticəyə gəliblər ki, yaşı 50-dən yuxarı olan hər beşinci insanda digərlərindən daha tez qocalan orqan var. Bədənin bu "ən zəif halqası" bir neçə il ərzində ciddi xəstəliyə və hətta insanın ölümünə səbəb ola bilər.


Tədqiqatçıların fikrincə, belə orqanlar 15 il ərzində vaxtından əvvəl ölüm riskini 15-20% artırır. Məsələn, ürəyin sürətlə qocalması səbəbindən ürək çatışmazlığı riski 2,5 dəfə artır. Beynin vaxtından əvvəl qocalması səbəbindən insanın idrak qabiliyyəti beş il ərzində iki dəfə azaldıla bilir.


Alimlər müxtəlif insan orqanlarının bioloji yaşını təyin etmək üçün alqoritm hazırlayıblar. Bunun üçün qan testi etmək və zülalların səviyyəsini təhlil etmək kifayətdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev