Bioloqlar: "Köhnə dünyadakı meymunlar koronavirusa qarşı davamsızdır"
29.10.2020 14:35

Bioloqların fikrincə, Köhnə dünyadakı bütün ensizburun meymunlar yeni növ koronavirusa yoluxa bilər. Tədqiqatçılar bununla bağlı SARS-CoV-2 virusunun insanın və digər canlıların hüceyrəsinə daxil olmaq üçün onların orqanizmində istifadə etdiyi zülalların quruluşunu müqayisə ediblər. Tədqiqatın nəticələri “Communications Biology” jurnalında dərc edilib.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçıların hesablamalarına görə, Köhnə dünyadakı meymunlarda da ACE2 reseptorunun insan versiyasında olduğu kimi 12 vacib aminturşu var. Koronavirus sağlam hüceyrəyə daxil olmaq üçün məhz bu reseptordan istifadə edir. Bu baxımdan Amerikadakı meymunlar və lemurlar ciddi fərqlənir. Bu, yeni növ koronavirusun onların reseptor hüceyrələrinə yapışma ehtimalını kəskin azaldır.

 

COVID-19 xəstəliyini yaradan SARS-CoV-2 koronavirusu nəinki insanı, həmçinin bir çox məməliləri yoluxdura bilir. Bu sıradan olan məməlilərdən makak-rezus, samur və pişikləri qeyd etmək olar. Bütün bu canlılara infeksiya insanda olduğu kimi güclü təsir edir. Lakin itlərdə, donuzlarda və ev quşlarında virus effektiv çoxala bilmir. Alimlərin fikrincə, bu, heyvanlarda ACE2 reseptorunda hüceyrə quruluşunun müxtəlifliyi ilə əlaqədardır.

 

Nyu-York Universitetinin dosenti Ceyms Hayemin rəhbərliyi ilə amerikalı və kanadalı bioloqlar SARS-CoV-2 virusunun primatlar üçün təhlükəli olub-olmamasını aydınlaşdırmağı qərara alıblar. Onlar primatların əsas qruplarından olan heyvanların, eləcə də lemurların və Amerika əntər meymunlarının genlərini tədqiq ediblər.

 

Tədqiqatçıları, ilk növbədə, ACE2 zülalının koronavirusun zülalı ilə birləşərək onun hüceyrəyə daxil olmasına kömək edən hissəsi maraqlandırıb. Bioloqlar genin bu hissəsində mutasiyaların yaranmasını izləyiblər və bu cür mutasiyaların virusun qılafı ilə ACE2 arasında əlaqəni və möhkəmliyi necə dəyişdiyini hesablayıblar. Bu hesablamalar göstərib ki, Köhnə dünyanın bütün meymunlarında ACE2-də genin əsas hissəsi insan genində olan analoji hissədən fərqlənmir. Mutasiya yalnız bir neçə halda təsir göstərməyib. Məlum olub ki, ensizburun meymunlar SARS-CoV-2 virusunun hücumuna qarşı çox davamsızdır. Lakin enliburun meymunların genomunda ACE2-nin kritik vacib hissəsində eyni vaxtda bir neçə mutasiya olub. Bu mutasiyalar səbəbindən enliburun meymunlar koronavirus infeksiyasına yoluxmayıb. Lemurlar və onun həmcinsləri bu baxımdan aralıq mövqe tutur.

 

Tədqiqatçıların fikrincə, Köhnə dünyanın primat və meymunlarının bu xüsusiyyətləri vəhşi təbiətdə infeksiyaların mümkün mənbəyinin yaranmasını müşahidə edərkən, habelə nadir növlərin nəslini qoruyarkən nəzərə alınmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib