Telegraph: 2023-cü ilin sonunda Böyük Britaniyada rekord ölüm qeydə alınıb
04.01.2024 10:43

Böyük Britaniyada keçən il Milli Səhiyyə Xidməti (NHS) işçilərinin ölkə daxilində tətilləri zamanı rekord sayda ölüm qeydə alınıb.


Aztibb.az bu barədə “The Telegraph”a istinadən məlumat verir.


"2023-cü ildə adi haldan təxminən 53 min çox insan dünyasını dəyişib, bu İkinci Dünya Müharibəsindən bəri pandemiya olmayan il üçün ən yüksək göstəricidir", - nəşr yazır.


“The Telegraph” qeyd edir ki, keçən il Britaniya 1940-cı ildən bəri ən yüksək ölüm göstəricisini qeydə alıb (2020 və 2021-ci pandemiya illəri nəzərə alınmadan).


Nəşr daha sonra vurğulayır ki, keçən il britaniyalı həkimlərin etiraz aksiyası 38 gün davam edib. Analitiklər əmindirlər ki, ada əyalətində ölüm nisbətinin yüksək olmasına məhz bu səbəb olub.


Bu gün, yanvarın 3-də NHS Böyük Britaniya tarixindəki ən uzun tətilə başlayacaq. Britaniya rəsmiləri hesab edir ki, bu səbəbdən 2024-cü ilin başlanğıcı milli səhiyyə sistemi üçün bütün zamanların ən çətini olacaq.


2023-cü ilin oktyabrında ildə 130 min funt sterlinqdən az qazanan on minlərlə məsləhətçi həkim və intern həkim yüksək inflyasiya şəraitində maaşların artırılmasını tələb edərək üç gün davam edən növbəti tətil keçirib.


Nümayiş Britaniya Tibb Assosiasiyası (BMA) tərəfindən təşkil olunub. İnternlər maaşlarının 35%, məsləhətçi həkimlərin isə 12% artırılmasını xahiş ediblər. 72 saatlıq tətil zamanı isə tibb müəssisələrində bir çox növ tibbi xidmət göstərilməyib.


Bu səbəbdən 2023-cü ilin mart ayında Böyük Britaniyada gənc həkimlərin tətili zamanı ölüm nisbəti əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə 22 571 ölüm qeydə alınıb ki, bu da orta göstəricidən 2 247 nəfər və ya 1,1% çoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev