Yaşla əlaqədar makulyar degenerasiya - Pasiyentlər adətən hansı simptomlardan şikayətlənirlər?
03.01.2024 08:28

Yaşla əlaqədar makulyar degenerasiya yaşı 60-dan yuxarı olan insanlarda daha çox təsadüf oluna bilər. Son məlumatlara əsasən, makulyar degenerasiya daha gənc yaşlarda təsadüf edilməyə başlayıb və artıq 40 yaşlı qadın və kişilərdə müşahidə olunur.


Aztibb.az xəbər verir ki, cərrah oftalmoloq Emin Əlihüseynli veb-səhifəsində xəstəliyin əsas əlaməti kimi bir və ya hər iki gözün mərkəzi görməyə cavabdeh makula nahiyyəsinin zədələnməsi və bununla da mərkəzi görmənin zəifləməsini əsas gətirib.


Ona görə də görmə kəskinliyi pisləşərsə, vaxtında oftalmoloqa müraciət etmək lazımdır. Ola bilsin ki, siz yaxından görmədən əziyyət çəkirsiniz, lakin bu, makulyar degenerasiyanın ilkin əlaməti də ola bilər. Həkim makulyar degenerasiyanın yaranma səbəblərini aşağıdakı kimi izah edib:


Yaş artdıqca, görmə üzvünün hüceyrələrinin müdafiə elementləri olan karotinoidlərin miqdarı azalır.Nəticədə ğözlər günəş radiasiyası və ultarabənövşəyi şüalara qarşı həssaslaşır. Əvvəlcə mərkəzi görmənin ayrılmaz hissəsi olan makulyar zona zədələnir. Görmə üzvünün bu hissəsinin sayəsində biz kiçik detalları ayırd edir, bizi əhatə edən aləmi bütün çalarları ilə görürük.


Yaşla əlaqədar olaraq, tor qişanın görməyə cavabdeh mərkəzi hissəsinin hüceyrələrində qidalanma pozğunluğu yaranır – buna degenerasiya deyirlir. Söhbət gənc insanlardan gedərsə, oftalmoloqlar “makulanın distrofiyası” diaqnozu qoyurlar.
Yaşla əlaqədar makulyar degenerasiyanın iki növü var:


Quru forma – bu ağırslaşmış forma hesab edilir, müalicəyə tabe olmur və tədricən inkişaf edir. Eksudativ (yaş) forma– korreksiyası və inkişafının dayandırılması mümkündür.


Əgər quru forma diaqnozu qoyularsa, söhbət makulyar nahiyənin atrofiyası sayəsində torlu qişanın nazilməsi və bunun nəticəsi olaraq qan dövranının çatışmazlığından gedir. Makula üzərindəki piqment toxuması ölür – bunun nəticəsində atrofiyaya uğramış hüceyrələr çapıqlaşma əmələ gətirir ki, onlar həkim müayinəsi zamanı görünür.


Eksudativ (yaş) formaya – daha az, pasiyentlərə yaşla bağlı makulyar degenerasiya diaqnozu qoyulduqda rast gəlinir. Buna səbəb torlu qişanın daxilinə sirayət edən, lakin makulaya yaxın anormal damarların həcminin artımıdır. Qatların defekti makulanın şişkinliyini formalaşdıran mayenin xaricə axmasına səbəb olur, bunun nəticəsində də insan görməsini itirir.
Makulyar degenerasiyasını ilkin mərhələlərdə aşkara çıxarmaq vacib şərtdir. Belə olan təqdirdə, xəstəliyi sağaltmaq və ya heç olmazsa, inkişafının qarşısını almaq mümkündür.


Yaşla əlaqədar makulyar degenerasiyadan əziyyət çəkən pasiyentlər adətən aşağıdakı simptomlardan şikayətlənirlər:


• Əşya və ya təsvirlərin ikiləşməsindən;
• Düz xətlərin əyilmiş görünməsindən;
• Təsvirlərin dəqiq forma və cizgilərinin müəyyən edilməməsindən;
• İşığa qarşı həssaslığın inkişaf etməsindən.


Bir çox insanlar ağrı hissi olmadığından görmənin zəifləməsini gözlərin yorulması və ya yorğunluğu ilə əlaqələndirib, həkimə müraciət etmirlər. Onlar tədricən daha bir əlamətlə – görmə mərkəzində qara ləkənin yaranması ilə üzləşirlər. Bu əlamət oxumaq, yazmaq, avtomobil sürməkdə çətinliklər yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev